BAKI, 25 yanvar — Sputnik. Baltikyanı ölkələrlə əməkdaşlıq bu dövlətlərin suverenliyini itirməsi səbəbindən mümkün deyil, bütün qərarlar Vaşinqton və Brüsseldə verilir. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Baltikyanı ölkələrin liderləri 30 ildir deyirlər ki, müstəqil dövlətlər qururlar. Əslində, bütün qərarlar Vaşinqtonda və Brüsseldə verilir. Suverenlik itirilib. Bu ölkələr əməkdaşlıq imkanlarını və müstəqilliyini itirdiyinə görə mümkün deyil", - Volodin "Telegram" kanalında yazıb.
O, həmçinin qeyd edib ki, Estoniya və Latviya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarı çoxdan verilməli idi, çünki "ölülər iki dəfə ölə bilməz". Onun sözlərinə görə, bu ölkələr rusofobiya ilə hərəkət edir və onların iqtisadi göstəriciləri Avropa İttifaqında ən pisdir.
"Baltikyanı ölkələrdə hər yerdə olduğundan daha çox insan hüquqları pozulur: milli azlıqların hüquqları pozulur, onlara öz ana dilində danışmağa qadağa qoyulur, müstəqil jurnalistlər və hüquq müdafiəçiləri təqib olunur", - Dövlət Dumasının spikeri əlavə edib.