BAKI, 25 yanvar - Sputnik. Ucar rayonunda təcili tibbi yardım maşını aşıb, 5 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili "VAZ-21011" markalı minik maşını Ucar-Göyçay yolundakı körpüdə toqquşaraq aşıb.
Nəticədə 5 nəfər - təcili tibbi yardım maşınının sürücüsü, Ucarın Qarabörk kənd sakini, 1968-ci il təvəllüdlü Əlibala Ağasoltan oğlu Rəhimov, "VAZ" markalı avtomobildə olan bir ailənin üzvləri, Alpout kənd sakinləri - 1988-ci il təvəllüdlü Ceyhun Məmmədmehdi oğlu Əliyev, 1989-cu il təvəllüdlü Vüqar Tarif oğlu Abbasov, 2020-ci il təvəllüdlü Mehdi Ceyhun oğlu Əliyev və 2015-ci il təvəllüdlü Çiçək Ceyhun qızı Əliyeva xəsarət alıb.
Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.