BAKI, 25 yanvar — Sputnik. Dünya bazarlarında neft bahalaşmağa başlayıb.
"Brent" markalı neftin qiyməti dünən 2,3 faiz ucuzlaşdıqdan sonra bu səhər 0,26 dollar bahalaşaraq 86,39 dollara satılır. Qərbi Texas nefti də dünənki 1,8 faiz geriləmədən sonra 0,14 dollar bahalaşaraq 80,27 dollar olub.
Azərbaycan neftinin 1 barelinin qiyməti isə 2,24 dollar azalaraq 89,87 dollar təşkil edib.
Qeyd edək ki, Çində tələbin bərpası ümidləri və ABŞ-ın neft ehtiyatlarının artması neftin qiymətini dəstəkləyir. Qlobal tənəzzüllə bağlı narahatlıqlar fonunda əsas istehsalçıların neft hasilatını azalda biləcəkləri gözləntiləri və Çində tələbin bərpa olunacağına dair nikbinlik qiymətləri bahalaşdırıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.