BAKI, 25 yanvar — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Tərəflər Brüsseldə bir araya gəliblər.
Görüşdə Aİ-nin Ermənistandakı yeni missiyasının fəaliyyəti müzakirə olunub.
Bildirilib ki, yeni missiya regiona sülh və sabitlik gətirməyə kömək edəcək.