Heydər Əliyev ili

Azərbaycanda əfv sərəncamı imzalanacaq

Komitə sədri bildirib ki, artıq Əfv Komissiyasının üç iclası keçirilib və 360-dan çox sənədə baxılıb.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, artıq Əfv Komissiyasının üç iclası keçirilib: "360-dan çox sənədə baxılıb. Düşünürəm ki, iclaslar may ayına kimi davam edəcək".
Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci ilin mayın 27-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalamışdı.
Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5885 nəfərə şamil olunub.