Mətbuat mərkəzi

Azərbaycanda basketbolun inkişafı

2022-ci ildə üç illik fasilədən sonra Azərbaycanda basketbol üzrə ölkə çempionatı bərpa olunub.
Sputnik
Ümumiyyətlə, ötən il Azərbaycan basketbolçuları üçün beynəlxalq arenada çox uğurlu olub.
Belə ki, Azərbaycan basketbolçuları Antalyada keçirilən beynəlxalq "3x3" turnirinin qalibi olublar. Komandanın uğuru xüsusən də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi federasiyaya yeni rəhbərliyin gəlişi ilə bağlıdır.
Ötən ilin yekunlarına görə Azərbaycan Prezidenti, Azərbaycan MOK-un rəhbəri İlham Əliyevin qeyd etdiyi şəxslər arasında azərbaycanlı basketbolçular da olub.
"NTD" basketbol klubunun və Azərbaycanın gənclərdən (U18) ibarət basketbol yığmasının baş məşqçisi Tahir Baxşıyev yanvarın 26-da saat 12.00-də "Sputnik" Multimedia mətbuat mərkəzində Azərbaycan basketbolunun bugünkü günü və yaxın planlar haqqında məlumat verəcək.
Tədbir Sputnik Azərbaycan-ın saytında, "TikTok" və "Facebook"* sosial şəbəkələrində yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərtəbə 4.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.