DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Amerikalı siyasətçi: ABŞ-a satılmış hökumət rəhbərlik edir

Amerikalı demokrat siyasətçi, Kentukki qubernatorluğuna namizəd Cefri Yanq özünün "Twitter" hesabında açıqlama verib.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Birləşmiş Ştatlar pulla satın alına biləcək bir hökumət tərəfindən idarə olunur.
Bu fikri özünün "Twitter" hesabında amerikalı demokrat siyasətçi, Kentukki qubernatorluğuna namizəd Cefri Yanq bildirib.
Siyasətçi bundan əvvəl də Ukrayna, Yəmən, İraq və Suriyada hərbi cinayətlərə görə ABŞ prezidenti Co Baydenin dərhal impiçment edilməsinə çağırıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Vaşinqton birmənalı şəkildə Rusiyaya strateji məğlubiyyət vermək istəyini bəyan edib. Departament qeyd edib ki, Rusiyaya qarşı "hibrid müharibə" gedir.
ABŞ Dövlət Departamentinin keçmiş rəhbəri Mayk Pompeo da, öz növbəsində amerikalıların çox uzun bir müddət ərzində Ukrayna ordusuna təlim keçdiyini etiraf etmişdi.