BAKI, 25 yanvar — Sputnik. ABŞ birmənalı şəkildə Rusiyaya strateji məğlubiyyət vermək istəyini bəyan edib. Reallığı görməmək mümkün deyil.
Bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin Qərbin "hələ bütün qırmızı xətləri keçmədiyi" sözlərini şərh edən XİN qeyd edib ki, "ölkəmizə qarşı Sergey Lavrovun bu yaxınlarda ətraflı bəhs etdiyi hibrid müharibə gedir".
"Qırmızı xətlərlə bağlı müzakirələr keçmişdə qalıb. ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyini birmənalı şəkildə bəyan edib. Reallığı görməmək mümkün deyil", - deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.