PAYTAXT XƏBƏRLƏRİ

"Sədərək" Ticarət Mərkəzində yanan mağazalar bərpa edilir - FOTO - VİDEO

Obyekt sahibləri tikintinin Ticarət Mərkəzi tərəfindən aparıldığını söyləyiblər.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. "Sədərək" Ticarət Mərkəzində yanmış obyektlər bərpa edilir. Sputnik Azərbaycan-ın xəbərinə görə, yanğın baş vermiş sıralarda mağazalar yenidən tikilir. Hazırda orada işçi qüvvəsi çalışır. Obyekt sahibləri tikintinin Ticarət Mərkəzi tərəfindən aparıldığını söyləyiblər.
Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzində yanğın "Şirniyyat" bölməsinin 15-16-cı sıralarında yanvarın 8-də baş vermişdi.
“Sədərək” Ticarət Mərkəzində yanmış obyektlər bərpa edilir
İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
“Sədərək” Ticarət Mərkəzində yanmış obyektlər bərpa edilir
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanıb.
İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub.