RUSİYA

Rusiyada miqrantlar arasında cinayət il ərzində 10% artıb - Rusiya DİN

Nazir müavininin sözlərinə görə miqrantların ölkədə törətdikləri qanunazidd əməllər ölkədə törədilən cinayətlərin ümumi sayının 3,9%-ni təşkil edir.
Sputnik
BAKI, 24 yanvar - Sputnik. Rusiyada əcnəbilər arasında cinayət ötən il 10,3% artıb. Bu barədə daxili işlər nazirinin müavini İqor Zubov çərşənbə axşamı məlumat verib.
"2022-ci ilin 12 ayının yekunlarına görə, əcnəbilər tərəfindən 40,2 min cinayət törədilib: ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% artım", - deyə Zubov Dövlət Dumasının iclasında deyib.
Onun sözlərinə görə, cinayətlərin ümumi sayında bu, 3,9% təşkil edir.
Eyni zamanda Zubov onu da qeyd edib ki, Rusiya onlara ehtiyacı olduğu üçün özünü əcnəbilərdən “təcrid” edə bilməz.

"Rusiya miqrantlara ehtiyacı olan bir ölkədir. Biz bundan uzaqlaşa bilmərik... Biz özümüzü təcrid edə bilmərik", - deyə o bildirib.