RUSİYA

Rusiya həm Ermənistan, həm də Azərbaycanla gərgin işi davam etdirir - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb.
Sputnik
BAKI, 24 yanvar - Sputnik. Kreml bəyan edib ki, Rusiya Qarabağ üzrə üçtərəfli sazişlərin üzvü kimi öz öhdəliklərini yerinə yetirməkdə davam edir və həm Yerevan, həm də Bakı ilə çətin iş aparır. Bu barədə “İnterfaks” xəbər yayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin onun ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycana “Laçın dəhlizinin dərhal açılması” çağırışı ilə həmrəy olub-olmaması ilə bağlı sualına belə cavab verib:
“Rusiya iki il əvvəl imzalanmış üçtərəfli saziş və sənədlərin tərəflərindən biri kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edir”.
O, həm Ermənistan, həm də Azərbaycanla çox, çox əziyyətli və mürəkkəb işi davam etdirir”, - deyə Kremlin nümayəndəsi əlavə edib.