İQTİSADİYYAT

Qızıl cüzi bahalaşıb

Birjalarda gümüşün mart fyuçerslərinin qiyməti isə 0,27% düşərək 1 unsiyası 23,617 ABŞ dolları təşkil edib.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. ABŞ-da ÜDM-in dinamikası kimi yeni makroiqtisadi məlumatların açıqlanmasının gözləndiyi bir zamanda qızılın qiyməti cüzi artıb.
Birjaların yaydığı xəbərdə deyilir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın fevral fyuçersləri 0,24% və ya 4,7 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1933,3 dollara satılıb.
Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,27% düşərək 1 unsiyası 23,617 ABŞ dolları təşkil edib.
Qızıl bazarına təsir edə biləcək mühüm amil ABŞ-da ÜDM statistikasının açıqlanması ola bilər. Analitiklər hesab edirlər ki, ölkədə iqtisadi artım illik ifadədə 2,8%-ə qədər azalıb.
(Report)