DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstan parlamenti pedofillər üçün cərrahi axtalanmanın tətbiqini təsdiqləyib

Ölkə parlamentində müzakirə olunan qanun layihəsində yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayət törətmiş şəxslər üçün tibbi xarakterli məcburi tədbirlərin xüsusi prosedurunun müəyyən edilməsi təklif edilir.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. Qırğızıstan parlamentinin Konstitusiya qanunvericilik, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsi pedofillər üçün cərrahi axtalanmanın tətbiqini təsdiqləyib. Bu barədə ölkənin qanunverici orqanının mətbuat xidmətindən RİA Novosti-yə məlumat verilib.
"Joqorku Keneşin konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və reqlamenti komitəsi (Parlament - red.) bu gün, yanvarın 24-də "Qırğızıstan Respublikasının bəzi qanunvericilik aktlarına (Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi, Cinayət-icra Məcəlləsi) dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə birinci oxunuşda baxılaraq təsdiq edilib", - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, qanun layihəsində "yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayət törətmiş şəxslər üçün tibbi xarakterli məcburi tədbirlərin - cərrahi axtalanmanın tətbiqinin xüsusi prosedurunun müəyyən edilməsi" təklif edilir.