SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mirziyoyev və Bayramov iki ölkə arasında münasibətləri müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Sputnik
BAKI, 24 yanvar - Sputnik. Yanvarın 24-də Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
Görüş zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü
Nazir Ceyhun Bayramov görüş zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatında ölkəmizin 2023-cü il sədrliyi çərçivəsində prioritetlər və planlar barədə Prezident Mirziyoyevə məlumat verib, Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlığını bildirib.
Görüş zamanı, həmçinin gündəlikdə duran ikitərəfli məsələlər və regional vəziyyət müzakirə edilib.
Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü
Daha sonra xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov ilə görüşüb. Tərəflər arasında, ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə olunub.