BAKI, 24 yanvar — Sputnik. Tümen vilayət administrasiyasının nümayəndə heyəti Bakıda səfərdədir. Səfər Azərbaycanda ixrac satış kanallarını fəal şəkildə inkişaf etdirən və ya ixrac fəaliyyətinə başlamağı planlaşdıran Tümen şirkətlərinin nümayəndələrinin iştirak etdiyi işgüzar missiya çərçivəsində həyata keçirilir.
Azərbaycan Respublikası ilə Tümen vilayəti arasında qarşılıqlı əlaqələrin tarixi on ildən çoxdur.
Hələ sovet illərində Azərbaycan neftçiləri regionun zəngin neft yataqlarını ilk mənimsəyən şəxslər arasında olub.
Bu gün də Tümen vilayətinin Azərbaycan diasporu 8 min nəfəri ötür və kifayət qədər fəaldır ki, bu da əməkdaşlıq üçün vacib şərtlərdən biridir.
Tümen vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq planları, səfər zamanı əldə olunan perspektivli layihələr və nəticələr haqqında 26 yanvar saat 17:00-da Tümen vilayətinin İnvestisiya Siyasəti və Sahibkarliğa Dövlət Dəstəyi Departamentinin investisiya, təşviq və xarici əlaqələr şöbəsinin müdiri Qorlatov Aleksandr Sergeyeviç Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində danışacaq.
Tədbir Sputnik Azərbaycan saytında, "TikTok" və "Facebook"* sosial şəbəkələrində yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.