BAKI, 24 yanvar - Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb. Bu barədə azərbaycanlı nazir Tvitterdə bildirib.
Görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşdə regional və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.