TƏHLİL

Almaniya öz seçimini edib - və ona yazığımız gəlmir

Analitik düşünür ki, amerikalılar, sındıra bilməsələr də, alman ruhunu əhəmiyyətli dərəcədə boğmağı bacarıblar. Almaniya isə, üstəlik, həm inkişafını, həm də ambisiyalarını gücləndirən ən mühüm mənbəni - Rusiya ilə əməkdaşlığı itirib.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. Alman tanklarının Ukraynaya tədarükü ilə bağlı triller inkişaf etməkdə davam edir. Bildiyiniz kimi, Almaniya kansleri gözlənilmədən xarakter nümayiş etdirərək Kiyevə alman "leopard"larını verməkdən imtina edib. Bu isə NATO-nun Ramşteyn aviabazasında cümə günü keçirilən sammitində ciddi dava-dalaşa səbəb olub.
Ancaq bundan sonrakı hadisələr daha da maraqlı bir dönüş alıb.
Bazar günü Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, Berlin üçüncü ölkələrin Ukraynaya Almaniya istehsalı olan tanklarla təmin edilməsi ilə bağlı müraciətlərinə, əgər belə müraciətlər alınarsa, müsbət cavab verməyə hazırdır. Yada salmaq yerinə düşər ki, Berbok "yaşıllar"ın – inadkar atlantikçilərin və Almaniyanın siyasi qüvvələri arasında ABŞ-ın ən həlim və itaətkar vassallarının nümayəndəsidir.
Berlinin qalmaqalı bir qədər yumşaltmaq cəhdi polyakların baş nazir, Xarici İşlər Nazirliyi və Prezident Aparatının ən acınacaqlı və təhqiramiz cavabına səbəb oldu. Doğrusu, bu, tamamilə təbii və hətta ədalətli görünür.
İki kresloda oturma vaxtı nəhayət başa çatdı və indi diş pastasını boşaldığı öz qabına yenidən doldurmağa çalışan Almaniya bu anda açıq şəkildə acınacaqlı mənzərə kimi görünür və eyni zamanda bütün dünya üçün çox ibrətamiz bir dərsdir - ölkənin uzun onilliklər ərzində üzərində işlədiyi böyük potensialı bir il müddətində sözün əsl mənasında itirməyi bacarmaq hər oğulun işi deyil.
Bu, bütün bu müddət ərzində alman elitasının (onların ölkənin milli maraqlarına yönəlmiş hissəsi) strateji fərasət və düşünülmüş siyasət nümayiş etdirdiyinə görə daha da təəccüblüdür. Onların fəaliyyəti nəticəsində Almaniya Avropanın iqtisadi güc mərkəzinə və geosiyasi liderinə çevrilib. Üstəlik, onlar ABŞ-dan üstünlükləri və imtiyazları əldə edərək eyni zamanda Köhnə Dünyanın müdafiəsi üçün hərbi xərclərin yükünü Vaşinqtonun üzərinə qoymağı bacardılar.
Sual yaranır: belə böyük geosiyasi kapitalı belə sürət və ehtiyatsızlıqla xərcləmək necə mümkün olub?
Şübhəsiz ki, cavabın bir hissəsi Almaniyanın mahiyyətcə işğal olunmuş statusundadır. Vaşinqton öz iradəsinin aparıcısı kimi çıxış edən alman hakim elitasının bir hissəsini yetişdirməyə və nəzarətdə saxlamağa müvəffəq olub - bunlar bəzi siyasi partiyalar, əsas media və biznesin bir hissəsidir. Bundan əlavə, görünür ki, amerikalılar, sındıra bilməsələr də, alman ruhunu əhəmiyyətli dərəcədə boğmağı bacarıblar. Buna görə də Berlin okeanın o tayındakı hökmdarı daim diqqətdə saxlayan hərəkətlərində həddindən artıq ehtiyatlıdır.
Ancaq bu, Almaniya üçün heç də ölümcül olmadı. Əsl ölümcül olan onun bizə dost olmasa da, mümkün qədər praqmatik hesab etməyə adət etdiyimiz bir hissəsi və Rusiya ilə əməkdaşlığın bütün faydalardan xəbərdar olan elitasının aşkar edilmiş dərin rusofobiyası oldu. Görünür, onlar bizə nə İkinci Dünya Müharibəsindəki qələbəni, nə Berlinin alınmasını, nə də bərabərhüquqlu tərəfdaşlıq istəyini bağışlamadılar.
Axı, AFR-nin girdiyi bugünkü geosiyasi və iqtisadi çıxılmaz vəziyyət yalnız ona görə yaranıb ki, demək olar ki, bir il əvvəl onun həm Atlantikapərəst, həm də milli yönümlü bütün elitaları şiddətli anti-Rusiya birliyinə birləşdilər. Yəni, hətta sənaye sektorunun nümayəndələri arasında da Rusiyanı nəhayət ki, əzmək üçün real görünən şans özünüqoruma duyğusunu alt-üst etdi və onlar həvəslə altlarındakı budaqları kəsdilər. Həmkarlarına ağıl verməyə və özlərinə gətirməyə çalışan Herxard Şreder kimi istisnalar barmaqla sayılacaq qədərdir.
Almaniya bayrağı, arxiv şəkli
Hazırda biz Berlinin 2014-cü ildən bəri sadiq qaldığı balanslı və ağıllı siyasətinin qayıdışının şahidi oluruq: atlantikaçılar bir qədər sıxılıb, hakimiyyət manevr edib öz xarici siyasət oyunlarını oynamağa çalışır və ilk növbədə ölkənin maraqlarına xidmət edir.
Bəzən almanların hələ də öz güclərini göstərəcəkləri, amerikalıları üstələyəcəkləri, çökmüş polyakları yerinə qoyacaqları, yenidən Avropaya komandanlıq edəcəkləri və, ümumiyyətlə tam suverenliyini bərpa edəcəkləri barədə fikirləri eşitmək mümkündür. Guya ki, son bir ildə Berlinin praktik olaraq özünə gəldiyi və hər şeyin əvvəlki kimi olacağı qeyri — adi bir dalğalanma olub.
Amma elə həmin bu il Almaniya həm inkişafını, həm də ambisiyalarını gücləndirən ən mühüm mənbəni - Rusiya ilə əməkdaşlığı itirdi. "Şimal axını"nın dağıdılması kimi bəzi əməllərində ona "kömək edildi", amma əsasən hər şeyi özü etdi və etiraf edək ki, əsl alman keyfiyyəti ilə.
Bu qədər. İndi siz öz böyük qüdrətinizi, milli maraqları müdafiə etmək arzunuzu istədiyiniz qədər nümayiş etdirə bilərsiniz. Bu, dünya tarixinin kritik anında Almaniyanın geosiyasi baxımdan hamının ayağını sildiyi ayaqaltına, iqtisadi baxımdan isə Amerikanın maraqları naminə qırğına məhkum olduğu reallığı dəyişmir. Axı, necə olmasa da, o, Vaşinqtonun vassalları arasında "ən kök öküz"dür. Sadəcə olaraq, Berlinin bu ssenariyə müqavimət göstərmək üçün resursları - Rusiya resursları artıq yoxdur.
Beləliklə," Leopard" tankları ətrafındakı intriqa yalnız almanların nə qədər tez "sındıralacağı" ilə bağlıdır.