BAKI, 23 yanvar — Sputnik. ABŞ-ın Krım ərazisinə zərbələr endirmək üçün Kiyevə uzaqmənzilli "ATACMS" raketlərini vermə ehtimalı ilə bağlı bəyanatları psixoloji müharibənin elementidir. Bu, psixoloji müharibənin elementidir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib.
"Eskalasiya ən təhlükəli yoldur və nəticələri gözlənilməz ola bilər. Bizim bu siqnallarımız hiss olunmur. Rusiyanın əleyhdarları payları artırmaqda davam edirlər, lakin hər bir halda xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq və müxtəlif mənbələrdən gələn bütün bu hərbi avadanlıqlar sözün əsl mənasında məhv ediləcək", - deyə o, vurğulayıb.
Daha sonra diplomat Rusiya Federasiyası və ABŞ-ın Strateji Silahların Azaldılması Müqaviləsi (SSAM) üzrə məşvərət komissiyasının görüşünün yeni tarixi müəyyən edilmədiyini, vəziyyətin buna uyğun olmadığını bildirib.
"Hələ ki, dəqiq tarix yoxdur. Və açığını deyim ki, şərait ABŞ-ın ritorikasında və hərəkətlərində eskalasiya tendensiyası nəzərə alınmaqla, yeni tarixin təyin edilməsinə müsbət yanaşmır", - deyə Ryabkov jurnalistlərə bildirib.
"Onlar bizi daim təhrik edirlər, gözləyirlər ki, nə vaxtsa bizim reaksiyamız hansısa "partlayışa" gətirib çıxaracaq. Bu isə, təbii ki, baş verməyəcək", - nazir müavini qeyd edib.