TƏHSİL

Məktəblərdə qış tətili neçə gün olacaq? Rəsmi

Nazirlikdən bildiriblər ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Məktəblilərin qış tətili günləri açıqlanıb. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.
Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü fevralın 1-dir.
Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.