BAKI, 23 yanvar - Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında Azərbaycanı Ermənistanla ikitərəfli sülh danışıqlarında səylərini ikiqat artırmağa çağırıb. Bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
“Katib prezident Əliyevi Ermənistanla ikitərəfli sülh danışıqlarında səylərini ikiqat artırmağa çağırıb”, - məlumatda deyilir.
"Blinken Bakını kommersiya mallarının hərəkətini bərpa etmək və humanitar böhran riskini azaltmaq üçün "Laçın dəhlizi"ni dərhal açmağa çağırıb", - Departamentdən bildirilir.