RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov: Kiyev silahı yaşayış məntəqələrində yerləşdirir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukraynada mülki infrastruktura zərbə vurmadığını və bunu sübut edən çoxlu dəlillər olduğunu bildirib.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Ukraynada mülki infrastruktura dəyən ziyan yaşayış məntəqələrində silah və hava hücumundan müdafiə sistemləri yerləşdirən Kiyevin cinayət əməlləri ilə bağlıdır. Rusiya mülki infrastruktura zərbə vurmur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Biz mülki infrastrukturu vurmuruq və bunu sübut edən çoxlu dəlillər var. Ukraynada mülki infrastrukturun zədələnməsi ilə bağlı baş verən hər şey uzun aylardır ki, həm ağır silahları, həm də hava hücumundan müdafiə sistemlərini yaşayış məhəllələrində məqsədyönlü şəkildə yerləşdirən Kiyev rejiminin cinayət əməlləri ilə bağlıdır," - deyə Lavrov Cənubi Afrikanın xarici işlər naziri Naledi Pandorla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Rusiya Silahlı Qüvvələrinin Ukrayna infrastrukturuna hücumları oktyabrın 10-dan - Krım körpüsündə törədilən terror aktından iki gün sonra başlayıb. Bu terror aktının arxasında, Rusiya hakimiyyətinin fikrincə, Ukrayna xüsusi xidmət orqanları dayanır. Zərbələr enerji, müdafiə sənayesi, hərbi komandanlıq və rabitə obyektlərinə endirilir. O vaxtdan bəri gündəlik olaraq Ukrayna vilayətlərində, bəzən isə ölkənin hər yerində hava hücumu xəbərdarlığı elan edilir.