DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransalı siyasətçi Makronun Ukrayna ilə bağlı planını ağılsızlıq hesab edir

Söhbət Fransa liderinin Ukrayna Silahlı Qüvvələrinə mümkün tank tədarükü ilə bağlı bəyanatından gedir
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Fransa Prezidenti Emmanuel Makronun "Leclerc" tanklarının Ukraynaya mümkün tədarükü ilə bağlı bəyanatı ağılsızlıq kimi görünür. Bu barədə Fransanın "Patriotlar" hərəkatının rəhbəri Florian Filippo "Twitter"də qeyd edib.
"Fransa ordusu öz hüdudlarına qədər sıxışdırılıb və bu, III Dünya Müharibəsinə doğru son dərəcə təhlükəli eskalasiyadır", - deyə hərəkatın rəhbəri deyib.
Siyasətçi həmçinin Fransa hakimiyyətini "Amerika qırğıları" tərəfindən tətbiq olunan münaqişənin tərəfdarı deyil, sülh tərəfdarı olmağa çağırıb.
Bu yaxınlarda Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında Makron bildirib ki, "Leclerc" tanklarının Ukraynaya tədarükünü istisna etmir.
Həmçinin Filippo Ukraynanın danışıqlar aparmaqdan imtina etdiyinə görə bu dövləti dəstəkləməyi dayandırmağa çağırıb. Siyasətçi hesab edir ki, Kiyev rejimi sülhə can atmır. Məqalədə o, Ukrayna hökumətinin Rusiya ilə sülh danışıqlarının başlanmasına imtina etdiyini təsdiqlədiyinə aydınlıq gətirib.