BAKI, 23 yanvar — Sputnik. Brüsseldə bazar ertəsi Aİ xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Aİ xarici işlər nazirləri bazar ertəsi Brüsseldə Ukraynaya 500 milyon avro məbləğində yeni yardım tranşının mümkünlüyünü müzakirə edəcəklər.
Fransanın xarici işlər naziri Katrin Kolonna bu barədə bildirib.
"Burada, Brüsseldə biz Ukraynaya 500 milyon avro məbləğində yeni yardım tranşının ayrılması imkanını müzakirə edəcəyik", - deyə Kolonna Brüsseldə jurnalistlərə bildirib. Yayım Avropa Komissiyasının saytında həyata keçirilib.
Aİ xarici işlər nazirlərinin görüşü bazar ertəsi Brüsseldə keçiriləcək.
Bundan əvvəl Aİ-dəki mənbə Aİ-nin Ukraynaya hərbi yardımının yeni tranşının 500 milyon avro təşkil edəcəyini bildirmişdi.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərbdən silahlarla təchizatı Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.