BAKI, 23 yanvar — Sputnik. ABŞ-ın Ukraynadakı Bioloji Laboratoriyalarının Fəaliyyətinin Tədqiqi üzrə Parlament Komissiyası apardığı tədqiqatların nəticələrini və gəldiyi qənaəti Bioloji və Zəhərli Silahların Qadağan edilməsi haqqında Konvensiyanın mexanizmlərinin təkmilləşdirilməsi üzrə işçi qrupuna göndərəcək. Bu barədə Federasiya Şurası sədrinin müavini, Komissiyanın həmsədri Konstantin Kosaçev bildirib.
"Biz qərara gəldik ki, komissiyamızın fəaliyyətinin nəticələri və hazırladığımız hesabatları işçi qrupuna göndərək", - Kosaçev bildirib.
Bundan əlavə, rusiyalı qanunvericilər ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin (DTRA) internetdə yayılan hesabatını diqqətlə öyrənmək üçün ekspertləri dəvət edəcəklər.
Bundan əlavə, Kosaçev xatırladıb ki, biosilahların hazırlanmasının qadağan edilməsinə dair Konvensiya üzrə konfrans yalnız beş ildə bir dəfə keçirilir və növbəti konfrans 2027-ci ildən tez keçirilə bilməz. Parlamentarilərin fikrincə, indiki şəraitdə bu, çox uzun müddətdir. Onlar bu mövzuda, aralıq konfransların keçirilməsini təklif etmək niyyətindədirlər.
Kosaçev vurğulayıb ki, ABŞ və onun peyklərinin "ümidsiz müqavimətinə" baxmayaraq, doqquzuncu icmal konfransın nəticələrinə əsasən, ölkəmizin və digər ölkələrin biosilah sahəsində inkişafın qadağan edilməsi haqqında konvensiyanın mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işin davam etdirilməsi üçün bütün imkanları özündə əks etdirən yekun sənəd qəbul edilib. Senator xatırladıb ki, işçi qrupun ilk iclası martın ortalarına planlaşdırılıb.