BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 35 mina aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, yanvarın 16-dan 21-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 15, tank əleyhinə isə 20 mina və 93 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 423 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xatırladaq ki, yanvarın 9-dan 14-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 1 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.