BAKI, 23 yanvar — Sputnik. Aİ xarici işlər nazirləri Ermənistanda sərhədyanı ərazilərin sabitləşdirilməsinə, etimadın yaradılmasına və münasibətlərin normallaşmasına kömək etmək üçün Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.
"Aİ Şurası bu gün ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının yaradılmasını təsdiqləyib. Missiyanın məqsədi Ermənistanın sərhədlərində sabitliyi təşviq etməkdir", - sənəddə deyilir.
Missiyanın mandatının iki il olacağı, onun operativ qərargahının Ermənistanda yerləşəcəyi gözlənilir.
"Ermənistanın sorğusuna cavab olaraq, missiya planlı patrullar həyata keçirəcək və vəziyyət barədə hesabatlar təqdim edəcək. Bu da Aİ-nin yerlərdə vəziyyətlə bağlı təsəvvürünü gücləndirməlidir. Missiya həmçinin Avropa Şurasının sədri Şarl Mişelin vasitəçilik səylərinə töhfə verəcək", - deyə bəyanatda deyilir.