BAKI, 23 yanvar — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib.
Bu barədə Toivo Klaar "Twitter"də yazıb.
Klaar qeyd edib ki, müxtəlif görüşlərdə iştirak etmək üçün bir günlük İrəvanda səfərdədir. Laçın dəhlizində Azərbaycan ekofəallarının dinc aksiyası və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı müzakirələr aparılacaq.
Xatırladaq ki, Aİ-nin Cənubi Qafqaz üzrə təmsilçisi sonuncu dəfə ötən ilin dekabrında Ermənistana səfər edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla İrəvanda keçirdiyi görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edib.