Mətbuat mərkəzi

2023-cü ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir?

Ekspertlər hesab edirlər ki, bu il dünya iqtisadiyyatı görünməmiş tənəzzüllə üzləşəcək və bir çox dövlətlər buna hazır deyil.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-19-da Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri baş tutub.
Forum çərçivəsində Azərbaycanın dövlət başçısı aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, onların bir çoxu artıq ölkədə həyata keçirilən mühüm layihələrdə iştirak edir. Forum Azərbaycanın müasir beynəlxalq iqtisadi münasibətlər sistemində rolunun və yerinin müəyyən edilməsi baxımından mühüm hadisəyə çevrilib. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, bu il dünya iqtisadiyyatı görünməmiş tənəzzüllə üzləşəcək və bir çox dövlətlər buna hazır deyil.
Dünya bazarlarında qeyri-müəyyənliyin Azərbaycan iqtisadiyyatına necə təsir edə biləcəyi barədə 24 yanvar saat 12:00-da Azərbaycanın tanınmış iqtisadçısı Natiq Cəfərli Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində danışacaq.
Tədbir Sputnik Azərbaycan saytında, "TikTok" və "Facebook" sosial şəbəkələrində yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.