DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə hökuməti Quranın yandırılmasını və Ukrayna böhranını müzakirəyə çıxaracaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclasında xarici siyasət məsələlərinin diqqət mərkəzində olacağı gözlənilir.
Sputnik
BAKI, 22 yanvar - Sputnik. Türkiyə Nazirlər Kabinetinin sabahkı iclasında yanvarın 21-də Stokholmda Quranın yandırılmasından sonra İsveçə qarşı planlaşdırılan diplomatik cavab tədbirləri nəzərdən keçiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclasında xarici siyasət məsələlərinin diqqət mərkəzində olacağı gözlənilir.
Toplantıda Ukrayna böhranının nizamlanması məsələsinə də toxunulacaq.
Bundan əlavə, hökumətin iclasında əsas daxili-siyasi məsələ Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin vaxtı müzakirəyə çıxarılacaq.