DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rus Pravoslav kilsəsi İsveçdə Quranın yandırılmasını yolverilməz vandallıq adlandırıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması "alçaqlıq və rəzillikdir" və bu, "ksenofobiya və irqçiliyin" təzahürüdür.
Sputnik
BAKI, 22 yanvar - Sputnik. Rus Pravoslav kilsəsində İsveçdə Quranın yandırılmasını yolverilməz vandallıq adlandırıblar.

"Siyasi mübarizədə insaniyyəti pozmaq və dində müqəddəs olan şeyləri təhqir etmək olmaz", - deyə Moskva patriarxlığının rəsmisi Vladimir Leqoyda bildirib.

Qeyd edək ki, İsveçin İstanbuldakı Baş Konsulluğunun önündə Quranın yandırılması əleyhinə genişmiqyaslı etiraz aksiyası keçirilib. Bu aksiya zamanı yerli fəallar cəsarətlə İsveç bayrağını yandırıblar.
"T24"-ün xəbərinə görə, aksiya İslam əleyhinə olan "Sərt kurs" partiyasına rəhbərlik edən ultra-sağçı danimarkalı siyasətçi Rasmus Paludanın təxribat xarakterli hərəkətlərinə cavab idi.
Paludan yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quranın nüsxəsini açıq şəkildə yandırıb. İsveç mediası aksiyanın yerli hakimiyyət orqanlarının icazəsi ilə baş tutduğu barədə məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması "alçaqlıq və rəzillikdir" və bu, "ksenofobiya və irqçiliyin" təzahürüdür.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İsveç hakimiyyətinin "müasir barbarlar" kimi davrandığına diqqət çəkib.
İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb.
Baş nazir müqəddəs qəbul edilən kitabların yandırılmasını böyük sayğısızlıq olduğunu bildirib.