RUSİYA

Qərbin Ukraynaya müdaxiləsi xüsusi əməliyyatın sərhədlərini genişləndirə bilər - deputat

Şeremet hesab edir ki, 2023-cü il yeni dünya düzəninin formalaşması üçün həlledici olacaq və Rusiya Federasiyası bu işdə əsas rol oynayacaq.
Sputnik
BAKI, 22 yanvar - Sputnik. Ukraynada xüsusi hərbi əməliyyatın sərhədlərinin genişləndirilməsi Ukrayna hakimiyyətinin Qərbdən aldığı dəstəkdən asılı olacaq. Bu barədə Rusiya Dövlət Dumasının Krım regionundan olan deputatı Mixail Şeremet RİA Novosti-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası münaqişəni gərginləşdirməyə çalışmır, lakin ABŞ tərəfindən sıxışdırılan Qərb ölkələri qırmızı xətləri keçərək, Rusiyanın milli maraqlarına təhlükə yaratmağa başlayıblar.
"İndi ABŞ-da Ukraynanın Krıma və yeni Rusiya ərazilərinə qarşı təcavüzünü dəstəkləməkdən danışırlar. Kiyev rejimi anlamalıdır ki, Qərb ölkələrinin dəstəyi ona və Ukraynanın başına oyun açacaq. Qərb nə qədər çox müdaxilə etsə, bufer zona yaratmaq və ölkəmizi düşmən qonşuluğundan qorumaq üçün xüsusi əməliyyatın sərhədi bir o qədər genişlənəcək", - deyə deputat bildirib.
Şeremet hesab edir ki, 2023-cü il yeni dünya düzəninin formalaşması üçün həlledici olacaq və Rusiya Federasiyası əsas rol oynayacaq.
"Bu il Rusiya üçün qalibiyyət ili olacaq", - deyə o, yekunlaşdırıb.