DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın XİN başçısı mühüm görüşlər üçün Brüsselə gedir

Ararat Mirzoyanın Brüsseldə həmçinin NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell, Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə görüşü olacaq.
Sputnik
BAKI, 22 yanvar - Sputnik. Yanvarın 23-25-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək.
Bu barədə Ermənistan XİN sözçüsü "Facebook"da paylaşım edib.
Onun bildirdiyinə görə, Ararat Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edəcək, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı barədə Avropa Parlamenti üzvlərinin suallarını cavablandıracaq.
Ararat Mirzoyan Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell, Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə də görüşəcək.