DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Britaniya ordusunda böhran başlayıb - hərbi personal çatışmır

Məqalə müəllifi hərbçilərin şikayətlərinin əsasən əməkhaqqı və xidməti mənzillərin keyfiyyətinin aşağı olması ilə bağlı olduğunu vurğulayıb.
Sputnik
BAKI, 22 yanvar - Sputnik. Britaniya ordusu 2022-ci ildə 16 min hərbçisini ixtisar etdikdən sonra hərbi personal çatışmazlığı ilə üzləşib. Bu barədə "Mirror" nəşri yazır.
"Ötən il 16 mindən çox insan xidmətdən azad edilib ki, bu da son altı ilin ən yüksək göstəricisidir. Ümumilikdə isə cəmi 12 min nəfər orduya qoşulub. Bu da 2021-ci illə müqayisədə 5 000 nəfər azdır", - nəşr yazıb.
Məqalə müəllifi hərbçilərin şikayətlərinin əsasən əməkhaqqı və xidməti mənzillərin keyfiyyətinin aşağı olması ilə bağlı olduğunu vurğulayıb.
Nəticədə, hazırda Britaniya Silahlı Qüvvələrinin Ordu Ehtiyatında 25 min şəxs var. Hələ də 5000 hərbçi çatışmır.
Bu yaxınlarda "Daily Mail" yazıb ki, Ukraynaya yardıma görə, Britaniya ordusuna cəlb olunanların sayı 30% azalıb.