MƏDƏNİYYƏT

“Avatar: Suyun Yolu” filminin gəliri rekorda yaxınlaşır

2009-cu ildə nümayiş olunan ilk "Avatar" filmi dünya üzrə 2,9 milyard dollar gəlir gətirib.
Sputnik
BAKı, 22 yanvar - Sputnik. “Avatar: Suyun Yolu” filminin gəliri 2 milyard dolları keçib.
Sözügedən film rejissor Ceyms Kameronun üçüncü filmidir ki, 2 milyard dollarlıq gəlir əldə etmiş olur.
Bundan öncə "Titanik" və "Avatar" filmləri də oxşar nəticəni göstərib.
Qeyd edək ki, 2009-cu ildə nümayiş olunan ilk "Avatar" filmi dünya üzrə 2,9 milyard dollar gəlir gətirib. Bu göstərici hazırda tarixdə ən uğurlu göstəricidir (APA).