RUSİYA

Rusiyanın birinci raketkası "Australian Open"-in 1/8 finalındadır

1/8 finalda rəqiblərini əvvəlki mərhələdə eyni vaxt ərzində məğlub etmiş kort ustaları üz-üzə gələcək.
Sputnik
BAKI, 21 yanvar - Sputnik. Rusiyalı tennisçi Andrey Rublyov Melburnda keçirilən Avstraliya Açıq çempionatının (Australian Open) 1/8 finalına çıxıb. Bu barədə RİA Novosti xəbər verir.
Belə ki, üçüncü turun görüşündə beşinci nömrə altında yer alan Rublyov britaniyalı Daniel Evansa (25-ci yer) 6:4, 6:2, 6:3 hesabı ilə qalib gəlib. Tennisçilər kortda 2 saat 9 dəqiqə mübarizə aparıblar.
Dördüncü raundda isə Rublyov fransalı Huqo Humbertə yenə də 2 saat 9 dəqiqəyə qalib gələn danimarkalı Holger Rune (9-cu yer) ilə oynayacaq - 6:4, 6:2, 7:6 (7:5).
Mövsümün ilk Böyük Dəbilqə turniri olan Avstraliya Açıq çempionatı yanvarın 29-da başa çatacaq. Ötən ilin qalibi ispaniyalı Rafael Nadal mübarizəni ikinci raundda başa vurub.