RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Silahlı Qüvvələri Dvureçyeni azad edib - Müdafiə Nazirliyi

Rusiya Müdafiə Nazirliyi Ukryandakı xüsusi hərbi əməliyyat barədə açıqlama yayıb.
Sputnik
BAKI, 21 yanvar - Sputnik. Donetsk istiqamətində Dvureçye yaşayış məntəqəsi azad edilib, Ukraynanın ölən və yaralanan əsgərlərinin sayı 50 nəfər təşkil edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Donetsk istiqamətində hücum dəstələrinin könüllüləri Cənub Hərbi Dairəsinin operativ-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriyasının atəş dəstəyi ilə "Donetsk Xalq Respublikası"nın Dvureçye qəsəbəsini azad ediblər”, - deyə nazirliyin açıqlamasında bildirilir.
Nazirliyin məlumatına görə, Ukrayna qoşunlarının itkiləri həlak olan və yaralanan 50 hərbçi, iki zirehli döyüş maşını, üç pikap, iki D-20 və D-30 haubitsası təşkil edib.
“Bundan başqa, "Donetsk Xalq Respublikası"nın Vodyanoye qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus artilleriya sursatlarının anbarı məhv edilib. Malinovka qəsəbəsi ərazisində isə ABŞ istehsalı olan AN/TPQ-37 əks batareya radarı sıradan çıxarılıb", - deyə Nazirliyin məlumatında bildirilir.