DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Quranın yandırılması müasir vəhşilikdir - Kalın

Danimarkanın "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludana Stokholmdakı Türk səfirliyi qarşısında Quranın yandırılması aksiyasını keçirməyə icazə verildiyi bildirilir.
Sputnik
BAKI, 21 yanvar - Sputnik. "İsveçdə planlaşdırılan Quranın yandırılması ilə bağlı hərəkətlər vəhşilikdir, Ankara bu cür hərəkətləri pisləyir". Belə bir bəyanatla şənbə günü Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın çıxış edib.
Nordic News xəbər portalı, cümə günü Danimarkanın "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludanın Stokholmdakı Türk səfirliyi qarşısında Quranın yandırılması aksiyasını keçirməyə icazə alıb.
Paludanının aksiyanı şənbə günü keçirəcəyi bildirilir.
"Stokholmdakı müqəddəs Quranın yandırılması (planlaşdırılan - red.) nifrət və insanlığa qarşı bir cinayətdir. Bu aktı sərt şəkildə lənətləyirik", - deyə Kalın Twitter-də yazıb.
O qeyd edib ki, hakimiyyət nifrət əsasında cinayətlərə və müsəlmanlara mənfi münasibət göstərən "bütün xəbərdarlıqlarımız" olmasına baxmayaraq, hərəkətə icazə verilib.

"Müqəddəs dəyərlərin ləkələməsi heç də azadlıq deyil, müasir vəhşilikdir", - deyə Kalın vurğulayıb.

Ötən il çoxsaylı anti-İslam videoları ilə tanınan "Sərt kurs" lideri Paludanın İsveçdə bir neçə aksiya təşkil edib.
Quranı açıq şəkildə yandırıb və Məhəmməd Peyğəmbərin görüntülərini yayıb ki, bu da müsəlman adətləri ilə qadağandır.
Ərəb-müsəlman dünyasının bir sıra dövlətləri İsveçdə Quranın yandırılması aktına görə sağ ekstremistləri kəskin tənqid ediblər.
Sözügedən aksiyalar Türkiyə, Bəhreyn, Səudiyyə Ərəbistanı, İordaniya, İraq və digər dövlətlər tərəfindən qınanıb.