BAKI, 21 yanvar-Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında “Brent” markalı neftin qiyməti 1,47 dollar artaraq 87,63 dollar, Nyu-York birjasında “Light” markalı neftin qiyməti isə 0,98 dollar bahalaşaraq 81,31 dollar olub.
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 dollar yaxud 1,33 % artaraq 89,91 dollar təşkil edib.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində yanacağa tələbat gözləntilərinin artması nefti bahalaşdırıb.
Beynəlxalq Enerji Agentliyi də Çində tələbin yenidən artacağını proqnozlaşdırdıqdan sonra Çində COVID-19 məhdudiyyətlərinin aradan qaldırılması qlobal tələbatı bu il rekord həddə çatdırmalıdır.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.