DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alvesin həbsi barədə Xavi nə deyib

Barselona məhkəməsi Alvesin pul girovu əvəzində zaminə buraxılmasını rədd edərək, onun barəsində həbs qətimkan tədbiri seçib.
Sputnik
BAKI, 21 yanvar - Sputnik. İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Xavi Hernandez komandasının və Braziliya millisinin keçmiş futbolçusu Dani Alvesin cinsi qısnama şübhəsi ilə nəzarətə götürülməsindən təəccübləndiyini və şoka düşdüyünü bildirib. Bu barədə RİA Novosti İspaniya mətbuatına istinadən xəbər yayıb.
Xatırladaq ki, yanvarın əvvəlində adı açıqlanmayan qadın 39 yaşlı müdafiəçidən polisə şikayət edib. Qadın onu Barselonadakı gecə klubunda cinsi təcavüzdə, həmçinin zorlamada və batareyada ittiham edib. Futbolçu günahını inkar edib.
Cümə günü Barselona məhkəməsi Alvesin pul girovu əvəzində zaminə buraxılmasını rədd edərək, onun barəsində həbs qətimkan tədbiri seçilməsinə qərar verib.

“Belə bir vəziyyəti şərh etmək çətindir. Danini tanıdığım üçün təəccüblənirəm və şoka düşürəm. Ədalət zəfər çalmalıdır, biz heç nəyə təsir edə bilmərik”, - deyə Xavi sport.es-ə bildirib.

Qeyd edək ki, Dani Alves tarixin ən çox mükafat alan futbolçusudur. Onun hesabında 46 kubok var. O, "Barselona"nın tərkibində altı qat İspaniya çempionu, dörd dəfə İspaniya kubokunun və Superkubokunun qalibi, üç dəfə Çempionlar Liqasının qalibi olub.
Alves "Sevilya", "Yuventus", "Paris Sen-Jermen" və Braziliyanın "Bahia" və "Sao Paulo" komandalarında da çıxış edib. Xavi ilə birlikdə isə Alves 2008-2015-ci illərdə "Barselona"nın tərkibində çıxış ediblər.