SƏHİYYƏ

Teymur Musayev: "Koronavirusa qarşı peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil"

Nazir bildirib ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi.
Sputnik
BAKI, 20 yanvar - Sputnik. "Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib
Nazir bildirib ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi.
"Əminliklə deyə bilərik ki, üç doza vaksin alanlar koronavirusun yeni yaranan ştamlarına qarşı qoruyuculuğa malikdirlər. Onlar yoluxsa belə, xəstəliyi yüngül keçirirlər".