BAKI, 20 yanvar - Sputnik. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti cümə günü bildirib ki, Rusiya hava hücumundan müdafiə və qırıcı təyyarələri ötən gün ərzində Ukraynaya məxsus iki Mi-8 helikopterini vurub.
“Rusiya Aerokosmik Qüvvələrinin döyüş təyyarəsi Xerson vilayətinin Posad-Pokrovskoye qəsəbəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini havada vurub", - məlumatda deyilir.
Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Lozovaya bölgəsində daha bir Mi-8-i vurub.
Həmçinin gün ərzində beş pilotsuz təyyarə məhv edilib. Zaporojye bölgəsində HIMARS və Uragan çoxsaylı reaktiv yaylım atəşi sisteminin mərmiləri ələ keçirilib.
Xüsusi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 374 hərbi təyyarə, 202 helikopter, 2908 pilotsuz uçuş aparatı, 401 zenit-raket kompleksi, 7583 tank və digər zirehli döyüş texnikası, 985 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3878 ədəd artiller və artiller minaatan, o cümlədən 8121 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.