BAKI, 20 yanvar - Sputnik. Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Onun durumunun necə olduğu hələlik açıqlanmayıb.
Qazaxıstan KİV-in məlumatına görə, N.Nazarbayev əməliyyat oluna bilər. Qeyd edilib ki, onun mətbaut katibi Aidos Ukibay telefon zənglərinə cavab vermir.
Xatırladaq ki, N.Nazarbayev 1990-2019-cu illərdə Qazaxıstanın dövlət başçısı kimi fəaliyyət göstərib. O, eyni zamanda Qazaxıstan Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideridir.