BAKI, 20 yanvar - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç ilə görüşü zamanı Kiyev tərəfindən əsir götürülmüş rus əsgərlərinə qarşı işgəncə və digər cinayətlər hallarına diqqət çəkib,
Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən mesajda deyilir ki, Moskva BQXK-dan saxlanılan ruslara baş çəkmək və onların hüquqlarına riayət olunmasına ciddi nəzarət etmək sahəsində fəaliyyətini gücləndirməyi gözləyir.
"Sergey Viktoroviç Lavrov Miryana Spolyariçin diqqətini Ukrayna tərəfi tərəfindən əsir götürülmüş Rusiya hərbçilərinə qarşı törətdiyi işgəncə və digər cinayətlərə yönəldib. Biz BQXK-nın saxlanılan ruslara baş çəkməsini və onların hüquqlarına riayət olunmasına ciddi nəzarəti gözləyirik", - məlumatda qeyd edilib.