BAKI, 20 yanvar - Sputnik. "Qarabağda təbii sərvətlərimizinin talan olunduğu ərazilərdə monitorinq vacibdir və keçiriləcək”.
Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
M.Babayev deyib ki, bütün bu halların monitorinqi həyata keçirilməlidir:
"İşğal dövründə təbii sərvətlərimiz talan olunub, təbiətimizə qarşı ciddi qəddarlıq baş verib. Həmin ərazilərdə monitorinqin keçirilməsi vacibdir və keçiriləcək. Azərbaycan tərəfinin irəli sürdüyü bütün tələblər üzərində ciddi işlər davam etdirilir və biz onlara nail olacağıq".