RUSİYA

Rusiya baş nazirin qayınanasına "stop" qoydu

Rusiya ərazisinə girişi qadağan edilən şəxslər arasında televiziya aparıcısı, radio aparıcısı, Baş nazir Casinda Ardernin qayınanası Klark Qayford da var.
Sputnik
BAKI, 19 yanvar — Sputnik. Moskva hökumət rəsmiləri, jurnalistlər və ictimai xadimlər, o cümlədən baş nazirin qayınanası olan 31 yeni zelandiyalının Rusiyaya əlavə girişini əngəlləməklə Yeni Zelandiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Kollektiv Qərbin rusofobik kampaniyası çərçivəsində Yeni Zelandiya hökumətinin Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi yeni sanksiyalara cavab olaraq, hökumət rəsmiləri, jurnalistlər və ictimai xadimlər arasında anti-Rusiya gündəmini təbliğ etməkdə və Kiyev rejimini dəstəkləməkdə iştirak etmiş 31 Yeni Zelandiyalı üçün ölkəmizə giriş qeyri-müəyyən müddətə bağlanıb", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rusiya ərazisinə girişi qadağan edilən şəxslər arasında Baş nazir Casinda Ardernin qayınanası Klark Qayford da var.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, rəsmi Vellinqtonun anti-Rusiya kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiya tədbirlərini nəzərə alaraq, Moskva Rusiyanın "stop siyahısı"nın yenilənməsi üzərində işləməyə davam edəcək.