BAKI, 19 yanvar - Sputnik. "Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir".
Bunu Niderland Krallığının Baş naziri Mark Rütte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davosda görüşü zamanı deyib.
Mark Rütte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirib.
Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edilib, regional məsələlər barədə fikir mübadiləsi aparılıb.