BAKI, 19 yanvar — Sputnik. Nigar Sədrəddinova. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatında (XHƏ) hansı məqsədlərə nail olmağın vacibliyinə dair Rusiya və Belarus vahid mövqeyə malikdirlər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra jurnalistlərə bildirib.
"Biz xüsusi hərbi əməliyyatımız çərçivəsində Ukraynada baş verən hadisələr ətrafında vəziyyətin necə inkişaf etdiyinə dair fikir mübadiləsi apardıq", - deyə Lavrov qeyd edib.
"Hansı məqsədlərə və onlara necə nail olmaq barədə, o cümlədən nə Rusiyaya münasibətdə, nə də Belarusa münasibətdə qonşularımızdan heç bir təhdid gəlməməsi ilə bağlı vahid mövqeyimiz var", - deyə xarici işlər naziri əlavə edib.