BAKI, 19 yanvar — Sputnik. Bakıda yaşayış kompleksində liftin şaxtasına düşmüş kişi 5 gün sonra ölüb.
Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi 6B ünvanında inşa olunan "Dream Tower" yaşayış kompleksində çalışan 55 yaşlı Xankişiyev Arazxan Tərxan oğlu yanvarın 14-də liftin şaxtasına düşüb və ağır xəsarətlər alıb.
O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Xankişiyev vəfat edib.
Faktla bağla araşdırma aparılır.
Xatırladaq ki, anoloji hadisə bir müddət öncə Gəncə şəhərində baş vermişdi. Şəhər sakini N.Nərimanov prospektində yerləşən ərzaq mağazasında liftin şaxtasına yıxılaraq ağır xəsarətlər aldıqdan sonra xəstəxanada vəfat etmişdi.