BAKI, 18 yanvar — Sputnik. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynanın istifadə edə biləcəyi istənilən silahla təchiz edilməli olduğu barədə bəyanat verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həmin bəyanatı şərh edib.
"Fon der Lyayen Ukraynaya istifadə edə biləcəyi istənilən silahı verməyə çağırıb. Yoxsa, söhbət nüvə silahından gedir?", – deyə Zaxarova "Teleqram" kanalında yazıb.
Rusiya bundan əvvəl Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar".
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynayanın Qərbdən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.