DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın daxili işlər naziri həlak olub

Bu gün səhər saatlarında Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin vertolyotu Brovarıda qəzaya uğrayıb.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Ukraynanın daxili işlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub. Hadisə nəticəsində, həmçinin daxili işlər nazirinin müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də həlak olublar.
Helikopter qəzasında ümumilikdə ikisi uşaq olmaqla 16 nəfərin öldüyü bildirilib.
Bu gün səhər saatlarında Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin vertolyotu Brovarıda qəzaya uğrayıb. Qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi: nazir, nazirin birinci müavini və dövlət katibi dünyasını dəyişib.
Bundan əvvəl Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba Brovarıda uşaq bağçası və yaşayış binalarının yaxınlığında helikopterin qəzaya uğraması barədə məlumat vermişdi. Bağçanın işçiləri və şagirdləri təxliyə edilib.